...

Dövlət vergi orqanlarına daxil olan müraciətlərin sayı 35 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2013 17:23 (UTC +04:00)
2013-cü ilin 9 ayı ərzində dövlət vergi orqanlarına cəmi 51 703 müraciət daxil olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 35,4% çoxdur.
Dövlət vergi orqanlarına daxil olan müraciətlərin sayı 35 faizdən çox artıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

2013-cü ilin 9 ayı ərzində dövlət vergi orqanlarına cəmi 51 703 müraciət daxil olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 35,4% çoxdur.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərdən 97,9%-i ərizə, 1,9%-i şikayət, qalanı təklif olub, 322 şikayətin icrası xüsusi nəzarətə götürülüb. Müraciətlərin 32,2%-i müxtəlif arayışların alınması, 27,9%-i kameral vergi yoxlamaları, 8,4%-i vergi borcları, 7,7%-i səyyar vergi yoxlamaları, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i korrupsiya hüquqpozmaları, 23,2%-i digər məsələlərlə bağlıdır. Müraciətlərin 77%-i müsbət həll olunub, 12,9%-i barədə müvafiq izahatlar verilib, 4,9%-i əsassız sayılıb, 1,4%-i qismən həll olunub, 1,1%-i aidiyyəti üzrə göndərilib, 2,7%-i isə icradadır.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş 990 şikayətdən 308-i eyni, 82-si təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 600 məsələ barədədir. Şikayətlərin faktiki sayından 49,5%-i operativ nəzarət, 20,5%-i audit, 14,7%-i bəyannamə, 15,3%-i digər sahələr üzrədir. Daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,7% artıb. Ümumilikdə şikayətlərin 41,5%-i əsassız sayılıb, 26,1%-i üzrə müvafiq izahatlar verilib, 13,7%-i müsbət həll olunub, 4,5%-i aidiyyəti üzrə göndərilib, 3%-i qismən həll olunub, 11,2%-i isə icradadır.

2013-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyinin Aparatında 532 vətəndaş qəbul edilib. Qəbul edilmiş vətəndaşların müraciətlərinin 20,3%-i vergi orqanlarında işə qəbul olunma, 2,6%-i iş yerinin dəyişdirilməsi, 2,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət, 74,7%-i maddi yardım almaq, şəxsi və digər məsələlərlə əlaqədar olu. Bu müddət ərzində vətəndaşlarla 15 videoqəbul təşkil edilib.

Hesabat dövrü ərzində vergilər naziri Fazil Məmmədov Gəncə, Tovuz, Quba, Lənkəran, Şəki, Şirvan və Bərdə şəhərlərində təşkil olunmuş səyyar qəbullar zamanı ümumilikdə 398 nəfər vətəndaşı şəxsən qəbul edib. Qəbul edilmiş vətəndaşlardan 178-nin müraciəti müsbət həll olunub, 147-si barədə müvafiq izahatlar verilib, 69-u baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib, 4-nün həlli istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti