...

Azərbaycanda kommunal xərclərin artırılması məsələsinə bir daha aydınlıq gətirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 15:21 (UTC +04:00)
Azərbaycanda kommunal xidmətlərə görə tariflərin artırılmasını fövqəladə hal kimi qəbul etmək lazım deyil. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Azərbaycanda kommunal xərclərin artırılması məsələsinə bir daha aydınlıq gətirildi

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda kommunal xidmətlərə görə tariflərin artırılmasını fövqəladə hal kimi qəbul etmək lazım deyil. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib: "Bir daha təkrar edirəm ki, vaxt keçdikcə tariflər artırılır. Bu normaldır. Məsələn, sonuncu dəfə elektrik enerjisinə görə tariflərə 2007-ci ildə baxılıb, demək olar ki, bu müddətdən artıq 7 il ötüb. Gəlin, məsələyə digər istiqamətdən baxaq - həmin dövrdən minimum əməkhaqqının həcmi 2,6 dəfə, pensiyaların baza hissəsi isə 2,5 dəfə artıb. 2007-ci ildən etibarən əməkhaqqı minumum 7, pensiyanın baza hissəsi isə 6 dəfə artırılıb. Bu sadə statistikadır. Mənim "tariflər artırıla bilər" sözlərim o mənaya gəlmir ki, sabahdan tariflər artırılacaq".

S.Şərifov qeyd edib ki, tariflərə hər dəfə yenidən baxdıqda dövlət əhalinin aztəminatlı təbəqəsi üçün əlavə ünvanlı yardım ayırır:

"Bu vəziyyətin aspektlərindən biri odur ki, gəlirləri yüksək vətəndaşlar daha yüksək tarifləri ödəyə bilərlər, lakin daha az təminatlı insanlar üçün müəyyən edilmiş dərəcə üzrə ödəyirlər. Tariflərin artırılması zamanı ünvanlı yardım ayırmaqla bu məsələni həll etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti