...

Tarif Şurası benzinin qiymətlərinin artırılması məsələsinə baxmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2013 16:05 (UTC +04:00)
Azərbaycanın Tarif (Qiymət) Şurası benzinin qiymətlərinin artırılması məsələsinə baxmır.
Tarif Şurası benzinin qiymətlərinin artırılması məsələsinə baxmır

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Tarif (Qiymət) Şurası benzinin qiymətlərinin artırılması məsələsinə baxmır. Bu barədə Trend-ə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, bu məsələ Tarif Şurasının gündəliyində deyil və bununla bağlı müraciətlər daxil olmayıb.

Qeyd edək ki, bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov "Avro-3" benzininin keyfiyyət standartının onun qiymətinə təsiri ehtimalını şərh edib. Onun sözlərinə görə, əgər qiymətlər artsa, bu, çox cüzi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti