...

Hesablama Palatasının sədri vəzifəsinə namizədin təsdiq edilməsi Milli Məclisə təklif olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2013 14:47 (UTC +04:00)
Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovun namizədliyinə baxılması Milli Məclisə tövsiyə edilib.
Hesablama Palatasının sədri vəzifəsinə namizədin təsdiq edilməsi Milli Məclisə təklif olunub

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir A.Axundov/

Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovun namizədliyinə baxılması Milli Məclisə tövsiyə edilib.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsi cümə axşamı keçirilən iclasında V.Gülməmmədovun namizədliyinə baxılmasını parlamentin sabahkı plenar iclasına tövsiyə edib.

V.Gülməmmədov hazırda Hesablama Palatasında İnvestisiyalar üzərində nəzarət şöbəsinə rəhbərlik edir.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, V. Gülməmmədov təqribən 20 ildir ölkənin maliyyə sistemində işləyir və təcrübəli iqtisadçıdır.

Qeyd edək ki, Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsinə təyin edildikdən sonra Hesablama Palatasının sədri vəzifəsi vakant qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti