...

Azərbaycanda "Business Case" tələbə müsabiqəsi keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2013 19:44 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Azerbaijan Business Case Competition 2013" tələbə müsabiqəsinin final mərhələsi keçirilib.
Azərbaycanda "Business Case" tələbə müsabiqəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Azerbaijan Business Case Competition 2013" tələbə müsabiqəsinin final mərhələsi keçirilib.

Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkil etdiyi tədbirdə 16 universiteti təmsil edən 84 komanda iştirak edib. 2002-ci ildən keçirilən müsabiqənin finalına cəmi 18 iddiaçı komanda çıxıb.

Komandalar 5 həftə ərzində biznes təhlili, stategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzular üzrə təlimlərdə iştirak ediblər. Sonra müsabiqə iştirakçıları yerli və beynəlxalq biznes strukturlarının nümayəndələrinin daxil olduğu münsiflər heyətinə öz layihələrini təqdim ediblər.

Müsabiqənin qalibi adını isə Azərbaycan Dövlət İqtisad Universitetinin "Xüsusi istedadlar qrupu" komandası (Vədəd Rzalı, Nərgiz Rəşidli, Nərmin Mustafayeva və Günel Dərvişova) qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti