...

"Kapital Bank" kreditlər üzrə faiz dərəcələrini endirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2013 17:18 (UTC +04:00)
"Kapital Bank" 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib.
"Kapital Bank" kreditlər üzrə faiz dərəcələrini endirib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Kapital Bank" 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib.

Bankdan Trend-ə verilən məlumata görə, 15.01.2014-cü il tarixinə qədər nağd pul krediti almaq üçün "Kapital Bank"a müraciət edən hər bir müştəri indi kreditin illik faiz dərəcəsində 4%-ə qədər endirim qazanacaq.

Bank 6000 manatadək nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kampaniya müddətində kreditlər 24%-dən başlanan illik faizlə, 36 ayadək müddətə təqdim olunur. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Üstəlik, kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri bankın filial və şöbələri ilə bərabər, banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə onlayn rejimdə də həyata keçirmək mümkündür.

Müştərilər bu sərfəli krediti "Kapital Bank"ın filiallarında həftəiçi hər gün saat 09:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik "Kapital Bank" 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti