Gürcüstan, Tbilisi, 28 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan hökuməti Azərbaycana 12,4 milyon dollar borcludur. Bunu şənbə günü Trend-ə Gürcüstan Milli Bankından bildiriblər.
Gürcüstan Maliyyə Nazirliyinin 2013-cü il noyabrın 30-na olan məlumatına görə, Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin həcmi 4,2 milyard dollar təşkil edib. İlin əvvəlindən Gürcüstanın dövlət borcu 154,3 milyon dollar azalıb.
Ümumi məbləğin 4,1 milyard dolları Gürcüstan hökumətinin borcudur. Digər ölkələrin hökumətləri qarşısında borcun həcmi 792,8 milyon dollardır.
Gürcüstanın beynəlxalq institutlar qarşısında borcu isə 2,8 milyard dollar təşkil edir.