Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-noyabr aylarında 96,4 milyon manat həcmində kredit verilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün yekunları üzrə maliyyələşdirmənin həcmini 56,7 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə AMB-nin statistik hesabatında deyilir.
AİF noyabr ayı ərzində mənzil alqısının maliyyələşdirilməsinə 10 milyon manat ayırıb, halbuki oktyabrda bu məqsədlər üçün 4,4 milyon manat verilib.
AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan 516,59 milyon manat, o cümlədən 2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə 5,6 milyon manat ipoteka krediti ayrılıb.
Hesabata əsasən, 11 ay ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 70 milyon manat təşkil edib. İlin əvvəlindən AİF 47 milyon manat həcmində istiqrazlar yerləşdirib.