Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir R.Hafizoğlu/
2014-cü ildə Türkiyə iqtisadiyyatının artımı üçün müəyyən risklər mövcuddur. Bunu ölkənin maliyyə naziri Mehmet Şimşək bəyan edib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin "Zaman" qəzeti yazıb.
Onun sözlərinə görə, müəyyən risklərin olmasına baxmayaraq, ötən ilə nisbətən cari ildə Türkiyə iqtisadiyyatını dörd faizlik artım gözləyir.
Nazir əlavə edib ki, ölkədə iqtisadi artım üçün müvafiq islahatlar aparılacaq.
O, həmçinin qeyd edib ki, 2013-cü ildə neftin qiymətlərinin yüksək olması və regiondakı geosiyasi gərginlik Türkiyə iqtisadiyyatının artımına əhəmiyyətli təsir göstərməyib.