...

Azərbaycan İstanbulda "EMİTT 2014" sərgisində təmsil olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2014 16:36 (UTC +04:00)
Cari ilin 30 yanvar-2 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2014" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.
Azərbaycan İstanbulda "EMİTT 2014" sərgisində təmsil olunur

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Cari ilin 30 yanvar-2 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2014" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, həmçinin sərgidə ölkəmizdə fəaliyyət göstərən 6 turizm şirkəti, "Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel" və 4 mehmanxana, "Rixos Quba Azerbaijan", "Jumeirah Bilgah Beach hotel", "Divan Express hotel", "Təbriz hotel" iştirak edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 70 kv.m sahədə lövhə quraşdırılıb və lövhə sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

2003-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on ikinci dəfədir ki, "EMİTT" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti