...

Prezident Administrasiyası: Azərbaycan kənd təsərrüfatı məhsulları üzrə rəqabətin gücləndirilməsini hədəfləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2014 13:12 (UTC +04:00)
Azərbaycan kənd təsərrüfatı məhsulları zəncirinin bütün halqalarında rəqabətin gücləndirilməsini hədəfləyib.
Prezident Administrasiyası: Azərbaycan kənd təsərrüfatı məhsulları üzrə rəqabətin gücləndirilməsini hədəfləyib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan kənd təsərrüfatı məhsulları zəncirinin bütün halqalarında rəqabətin gücləndirilməsini hədəfləyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Kənd təsərrüfatı siyasəti şöbəsinin müdiri Azər Əmiraslanov cümə axşamı Bakıda keçirilən Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli beynəlxalq forumda bildirib.

A.Əmiraslanov deyib: "Bu gün dünyada heç bir ölkə kənd təsərrüfatı zəncirinin səmərəli qurulması zamanı bütün problemləri həll edə bilmir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində rəqabət digər sahələrlə müqayisədə yüksəkdir, ölkədə çoxlu sayda istehsalçı çalışır. Lakin logistik, emal, kənd təsərrüfatı məhsullarının inkişafında rəqabəti inkişaf etdirmək hələ də vacib məsələ kimi qalır".

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı şaxələndirilmiş satış kanallarına malik deyil, bundan başqa, istehsalçılarla alıcılar arasında vasitəçilərin çoxsaylı halqası mövcuddur: "Bu gün ölkənin aqrar siyasətinin əsas hədəfi kənd təsərrüfatı halqasının səmərəliliyinin təmin olunmasıdır. Bu zəncirin müxtəlif halqalarında rast gəlinən bütün maneələrin aradan qaldırılması, bir halqadan digərinə keçid zamanı yaranan əlavə dəyərin ədalətli bölüşdürülməsinin təmin olunması vacibdir. Habelə hər bir halqanı özəl sektorun təmsil etməsi də mühümdür. Zəncir məhsulun xaricə ixracına qədər davam edilmiş olmalıdır və biz yalnız daxili bazarla məhdudlaşmamalıyıq. Bunun üçün biz logistik mərkəzlərin yaradılmasını planlaşdırırıq".

A.Əmiraslanovun sözlərinə görə, yuxarıda göstərilənlərin həllinə nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü ildə imzalanmış kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə ölçülər haqqında sərəncamı rəhbər götürülür. Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları şəbəkənin yaradılması prosesinin dəstəklənməsi üzrə dövlət başçısına təklif təqdim etməlidirlər.

Həmçinin Bakıda və ölkənin iri şəhərlərində kənd təsərrüfatı yarmarkaları yanında daimi əsasda işləyəcək ixtisaslaşdırılmış fermer mağazalarının və "yaşıl" marketlərin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti