...

BVF Azərbaycanda istehlak kreditləşməsinin məhdudlaşdırılmasına dair tədbirləri dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2014 17:29 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda istehlak kreditləşməsinin məhdudlaşdırılmasına dair tədbirləri dəstəkləyir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Fondun "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsi üzrə konsultasiya missiyasının rəhbəri Raca Almarzuqi deyib.
BVF Azərbaycanda istehlak kreditləşməsinin məhdudlaşdırılmasına dair tədbirləri dəstəkləyir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Əliyev/

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda istehlak kreditləşməsinin məhdudlaşdırılmasına dair tədbirləri dəstəkləyir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Fondun "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsi üzrə konsultasiya missiyasının rəhbəri Raca Almarzuqi deyib.

R.Almarzuqi qeyd edib: "Biz Azərbaycan Mərkəzi Bankının pul siyasətinin neytrallığının saxlanılması üçün səylərini, həmçinin istehlak kreditləşməsinin artımının məhdudlaşdırılması üzrə təşəbbüsləri doğru qiymətləndiririk. Eyni zamanda, belə addımların nəticələri sıx nəzarət altında olmalıdır. Mərkəzi Bankın maliyyə nəzarəti qaydalarını gücləndirmək məqsədi ilə atdığı sonuncu addımlar maliyyə sabitliyini dəstəkləyəcək, lakin sistemin dözümlülüyünü artırmaq üçün əlavə tədbirlərə ehtiyac var".

Onun sözlərinə görə, istehlak kreditlərinin verilməsinin xeyli artması ilk növbədə borclular üçün risklər yaradır.

R.Almarzuqi bildirib ki, bununla əlaqədar özəl sektor və SME-nin kreditləşməsinin payının artması fonunda istehlak kreditlərinin azalması faydalı ola bilərdi: "İstehlak kreditləşməsi sahəsində faiz dərəcələri çox yüksəkdir və bunun nəticəsi bankların marjasıdır. Bu seqmentin məhdudlaşdırılması bankların dərhal biznesə kredit ayıracağı anlamına gəlmir, lakin gəlirlilik məhdudlaşdırılsa, bank sektoru gəlir qazanmaq üçün digər imkanlar axtarmağa başlayacaq".

Mütəmadi əsasda hər il keçirilən IV maddə üzrə məsləhətləşmələrin nəticələrinə dair missiyanın yekun hesabatı mayın sonunda dərc olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti