...

BVF: Azərbaycanın suveren avrobondlarının uğurlu yerləşdirilməsi sərmayəçilərin əminliyindən xəbər verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2014 17:55 (UTC +04:00)
Regiondakı bazar şəraiti fonunda Azərbaycanın suveren avrobondlarının uğurlu debüt yerləşdirilməsi sərmayəçilərin əminliyindən xəbər verir ki, neft gəlirlərinin idarə olunması tarazlı şəkildə aparılır.
BVF: Azərbaycanın suveren avrobondlarının uğurlu yerləşdirilməsi sərmayəçilərin əminliyindən xəbər verir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Əliyev/

Regiondakı bazar şəraiti fonunda Azərbaycanın suveren avrobondlarının uğurlu debüt yerləşdirilməsi sərmayəçilərin əminliyindən xəbər verir ki, neft gəlirlərinin idarə olunması tarazlı şəkildə aparılır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Beynəlxalq Valyuta Fondunun "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsi üzrə konsultasiya missiyasının rəhbəri Raca Almarzuqi Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkə qarşısında dayanan əsas çağırış neft gəlirlərindən asılılığın azaldılması və şaxələndirilmiş iqtisadi artımın qabaqcıl qüvvəsi kimi özəl sektorun inkişafına təkan verməkdir.

R.Almarzuqi qeyd edib ki, ölkənin qısamüddətli iqtisadi perspektivləri əlverişlidir: "2014-2015-ci illərdə qeyri-neft sektorunun ÜDM-nin 8 faiz səviyyəsinədək artması, habelə inflyasiyanın birrəqəmli səviyyədə qalması gözlənilir. Əsas risk neftin qiymətinin azalma ehtimalıdır".

Onun sözlərinə görə, BVF cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş daha sərt vergi-büdcə siyasətini dəstəkləyir: "Məqsəd büdcənin konsolidasiyasıdır, yəni Azərbaycvan Respublikası Dövlət Neft Fondundan transfertlərin həcminin gələcəkdə azaldılması yolu ilə neft gəlirlərindən asılılığın azaldılmasıdır. Eyni zamanda, özəl sektordan dövlət büdcəsinə daxilolmalar artmalıdır - bütün bunlar neftin qiymətinin düşməsi halında yerli iqtisadiyyat üçün möhkəm bufer yaratmağa imkan verəcək".

Missiya rəhbəri deyib ki, dövlət xərclərini də azaltmaq lazımdır: "Buna dövlət sərmayələrinin səmərəliliyini artırmaq və müxtəlif iri investisiya layihələrinin prioritetlərinin müəyyənləşdirilməsi hesabına nail oluna bilər. Əgər bu fonda iş mühiti inkişaf etməyə davam edəcəksə, o zaman Azərbaycan iqtisadiyyatı daha da sağlam olacaq".

Qeyd edək ki, martın 4-də başlayıb 17-də başa çatacaq missiyanın məqsədi mütəmadi əsasda hər il keçirilən "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsi üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti