...

"Bank Technique" Müştəri Xidməti Departamentini yeni ünvana köçürür (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2014 18:44 (UTC +04:00)
Novruz bayramından sonra, 27 mart 2014-cü il tarixindən başlayaraq "Bank Technique" ASC-nin Müştəri Xidməti Departamenti Atatürk prospekti, 1107 ünvanından köçürülərək Babək prospekti, 16 ünvanında yerləşən yeni inzibati binada fəaliyyət göstərəcək.
"Bank Technique" Müştəri Xidməti Departamentini yeni ünvana köçürür (FOTO)

Azərbaycan, Bakı, 17 mart/Trend/

Novruz bayramından sonra, 27 mart 2014-cü il tarixindən başlayaraq "Bank Technique" ASC-nin Müştəri Xidməti Departamenti Atatürk prospekti, 1107 ünvanından köçürülərək Babək prospekti, 16 ünvanında yerləşən yeni inzibati binada fəaliyyət göstərəcək.

Bankdan Trend-ə verilən məlumata görə, köhnə ofislə müqayisədə burada gözləmə zalının sahəsi genişləndirilib, lazımi qədər danışıq otaqları mövcuddur, ümumilikdə müştərilər üçün ən əlverişli və rahat şərait yaradılıb. Burada onlara tam spektr bank xidmətləri təklif olunacaq: bank hesablarının açılması, fiziki və hüquqi şəxslərə kredit məhsulların verilməsi, əmanətlərin yerləşdirilməsi, debit və kredit kartlarının rəsmləşdirilməsi, pul köçürmələri, hesablaşma-kassa əməliyyatlarının icrası, nağd ödənişlərin qəbulu, depozit qutuların icarəsi və s.

Yeni ofisdə 24 saat rejimində 2 bankomat (ATM) da işləyir.

Yeni konsepsiyaya uyğun təmir olunmuş müştəri xidmətləri sahəsi müasir bankçılığın standartlarına tam cavab verir, Bakı şəhəri üzrə əlverişli yerləşmə isə bankın müştərilərlə əlaqələrini keyfiyyətcə yeni müstəviyə yüksəldəcək.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti