...

İranın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 14:16 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul etmişdir.
İranın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub

Azərbaycan, Bakı, 18 aprel /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul etmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir Şahin Mustafayev qonşu İranla Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidentinin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır.

Qeyd edilmişdir ki, iki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır. İqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından Azərbaycan və İran arasında hökumətlərarası komissiyanın səmərəli fəaliyyəti də mühümdür və bu yaxınlarda komissiyanın yeni tərkibi təsdiq edilmişdir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müvafiq hazırlıq işləri aparıldıqdan sonra yeni tərkibdə komissiyanın iclasının yaxın zamanlarda Azərbaycanda keçirilməsini təklif etmişdir.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin iqtisadi əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olacağını vurğulamış, əlaqələrin bundan sonra da inkişaf edəcəyini qeyd etmişdir.

Görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti