...

Ekspert: Azərbaycanda mikromaliyyələşdirmə bazarının həcmi 1,4 milyard dolları ötür

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2014 16:48 (UTC +04:00)
Azərbaycanın kredit təşkilatlarının mikromaliyyə portfelinin ümumi həcmi təqribən 1,12 milyard manat təşkil edir.
Ekspert: Azərbaycanda mikromaliyyələşdirmə bazarının həcmi 1,4 milyard dolları ötür

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Əliyev/

Azərbaycanın kredit təşkilatlarının mikromaliyyə portfelinin ümumi həcmi təqribən 1,12 milyard manat təşkil edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, cari ilin I rübünün sonuna olan məlumata əsasən bu bazarda müştəri bazası 573 min nəfərə çatıb: "Ümumilikdə isə mikromaliyyə xidmətlərindən Azərbaycan əhalisinin 4,7 faizi istifadə edir".

J. Hacıyeva qeyd edib ki, hazırda mikromaliyyələşdirmə 16 min manatadək olan borclar hesab edilir.

O deyib ki, bununla belə, 2008-ci ilədək bu hədd 10 min manat səviyyəsində olub: "Onun artması inflyasiya prosesləri və ötən illər ərzində milli iqtisadiyyatın ümumi iqtisadi artımı ilə əlaqədardır. Bank olmayan kredit təşkilatının bir borcalana verdiyi kreditin orta hesabla həcmi 1289 dollardır. Müqayisə üçün, kommersiya banklarında bu göstərici orta hesabla 4230 dollardır. Eyni zamanda, verilən borcun məbləği nə qədər azdırsa, kredit təşkilatının əlaqədar xərcləri bir o qədər çoxdur. Ölkədə mikromaliyyə xidmətlərinə çəkilən xərclər bir borcalana görə orta hesabla 239 dollar təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti