...

Mərkəzi Bankın rəsmi internet səhifəsində interaktiv sorğu platforması istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2014 14:51 (UTC +04:00)
Mərkəzi Bankın rəsmi internet səhifəsində azərbaycan və ingilis dillərində yeni sorğu platforması istifadəyə verilib.
Mərkəzi Bankın rəsmi internet səhifəsində interaktiv sorğu platforması istifadəyə verilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Mərkəzi Bankın rəsmi internet səhifəsində azərbaycan və ingilis dillərində yeni sorğu platforması istifadəyə verilib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu xüsusi səhifə geniş ictimaiyyətə, institusional çevrələrə Mərkəzi Bankın fəaliyyəti ilə bağlı ünvanlanan müxtəlif mövzularda sorğuların interaktiv rejimdə keçirilməsinə imkan verəcək.

Bu sorğular Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə dair rəy və münasibətlərin daha ətraflı öyrənilməsinə, eyni zamanda cəmiyyətin maliyyə savadlılığının yüksəlməsinə xidmət göstərməklə Bankın missiyasının daha səmərəli həyata keçirilməsinə kömək edəcəkdir.

İlkin olaraq sorğu platformasında Mərkəzi Bankın funksional məsələlərinə dair suallar təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti