...

Azərbaycanla Honduras arasında maliyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 15:44 (UTC +04:00)
Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla Honduras arasında maliyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar, həyata keçirilən mühüm infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı və ölkədə hökm sürən əlverişli biznes və investisiya mühiti barədə qonaqlara məlumat verən nazir S.Şərifov ölkəmizin regional və beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak etdiyini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.

Nümayəndə heyətinin tərkibində təmsil olunan Hondurasın maliyyə naziri Vilfredo Serrato Rodriqez iki ölkə arasında qısa vaxt ərzində yaranan uğurlu tərəfdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib, bu əlaqələrin maliyyə sahəsində daha da möhkəmlənməsi istiqamətində yaxşı imkanlar olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, qiymətli kağızlar, tibbi sığorta, enerji, maliyyə və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticari əlaqələrin gələcək inkişafı və xüsusilə maliyyə sektorunda əməkdaşlığın potensialına qarşılıqlı inam ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti