Azərbaycan, Bakı, 8 may /Trend/
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı keçmiş müştəriləri üçün "Köhnə dostum, xoş gəldin!" adlı endirim kampaniyasının icrasına start verib.
1-31 May 2014-cü il tarixləri əhatə edən kampaniya çərçivəsində müştərilər 4%-dək endirimlərdən faydalana biləcəklər.
Şərtlərə əsasən, kampaniya ən azı bir ildən çox müddətdə kreditini bağlayan müştərilərə şamil olunur.
Kampaniya haqqında daha ətraflı məlumatı "FINCA Azerbaijan"ın *2525 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək olar.