...

Azərbaycan Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun illik sammitində təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2014 17:18 (UTC +04:00)
21-23 may 2014-cü il tarixlərində Almaniyanın Leypsiq şəhərində Fransanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) növbəti illik sammiti keçiriləcək.
Azərbaycan Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun illik sammitində təmsil olunacaq

Azərbaycan, Bakı, 20 may /Trend/

21-23 may 2014-cü il tarixlərində Almaniyanın Leypsiq şəhərində Fransanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) növbəti illik sammiti keçiriləcək.

Trend Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, "Dəyişən dünya üçün nəqliyyat" mövzusuna həsr edilmiş Forumda üzv ölkələrin nəqliyyat nazirləri, hökumət nümayəndələri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Forumda yüksək keyfiyyətli nəqliyyat şəbəkələri, nəqliyyatın ətraf mühit və sağlamlığa təsiri, demoqrafik tendensiyalar, yeni informasiya və kommunikasiya texnologiyalarının yaradılması məsələləri və digər mövzuların müzakirə edilməsi planlaşdırılır.

ITF-nin illik sammitində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti