...

Heydər Əsədov Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 19:29 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 29-da Şamaxı şəhərində Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.
Heydər Əsədov Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan, Bakı, 29 may /Trend/

Kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 29-da Şamaxı şəhərində Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.

Kən Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin idarə və təşkilatlarının, digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 45 vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər, əsasən, kənd təsərrüfatı subyektlərinə kreditlərin ayrılması, subsidiyalara nəzarət, yeni kombaynların gətirilməsi, süni mayalanma yolu ilə heyvandarlığın inkişafı, texnikanın ehtiyat hissələrinin alınmasına kömək göstərilməsi, gübrələrin dəyərinin aşağı salınması, taxıl biçini zamanı kombaynlarla təminat, suvarma suyuna olan ehtiyacın ödənilməsi ilə bağlı olub.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlərin bir çoxu yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

H.Əsədov Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli sərəncamının əhəmiyyətindən danışıb.

Vətəndaşlar yerlərdə qəbulların təşkilinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti