...

EY şirkəti Azərbaycanda audit üzrə ilk qadın partnyor təyin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 11:40 (UTC +04:00)
EY Azərbaycan böyük qürurla 1 iyul 2014-cü il tarixindən beşinci peşəkarının partnyorlar sırasına qəbul edilməsini elan edir.
EY şirkəti Azərbaycanda audit üzrə ilk qadın partnyor təyin edib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

EY Azərbaycan böyük qürurla 1 iyul 2014-cü il tarixindən beşinci peşəkarının partnyorlar sırasına qəbul edilməsini elan edir. Nərgiz Kərimova EY Azərbaycanın audit üzrə ilk qadın partnyoru təyin edilmişdir. Bu təyinat Nərgizin EY-ın yüksək iş nəticələrini nümayiş etdirən komandasının yaradılmasına və müştərilərə müstəsna xidmətlərin göstərilməsinə mühüm töhfəsini yüksək qiymətləndirmiş ciddi seçim prosesinin nəticəsi olmuşdur.

Diplomlu Mühasiblər Assosiasiyasının (ACCA) üzvü olan Nərgiz Kərimovanın neft və qaz sektorunda iri müştərilərə xidmət göstərilməsində 10 ildən artıq təcrübəsi var. Nərgizin bu cür yüksək səviyyəyə çatması olduqca əhəmiyyətli bir hadisədir və onun şəxsi nailiyyətidir. EY-ın təməlində müntəzəm vəzifə irəliləyişlərini nəzərdə tutan və şirkətdə bir neçə il xidmət etdikdən sonra partnyor səviyyəsinə çatmaq üçün olduqca real şans yaradan cəlbedici karyera inkişafı modeli dayanır. Bu gün EY, əməkdaşların vəzifələrini onların qabiliyyətlərinə görə müəyyən etməklə, firmanı partnyorluq şəklində formalaşdırmağa imkan verən bu meritokratik dəyərlərə sadiq qalır. Bu siyasət başqa heç bir modelin edə bilmədiyi qədər şəxslərin sosial irəliləməsinə töhfə verir.

EY komandasının hər bir üzvü müştəri portfellərinin saxlanması və genişləndirilməsinə kömək göstərməklə və öz işində ən yüksək keyfiyyətə nail olmağa çalışmaqla şirkətin yüksək iş nəticələrinin əldə edilməsinə imkan yaradır. 20 ildən artıqdır ki, EY-ın Azərbaycandakı işçiləri böyük həvəs, enerji və ruh yüksəkliyi ilə daha yaxşı iş dünyasını qururlar.

EY haqqında
EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 20 ofisdə 4,800 mütəxəssis çalışır.
EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda
EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümüdür. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160 işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.
Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti