...

Azərbaycanda biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə müsabiqə keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 18:43 (UTC +04:00)
Azərbaycanda biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə müsabiqə keçirilib. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə müsabiqə keçirilib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanda biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə müsabiqə keçirilib. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən müsabiqə elan olunub.

Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan 27 gənc müsabiqədə iştirak etmək məqsədi ilə sənədlərini təqdim edib.

İyulun 3-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədi ilə müsabiqə keçirilib. Müsabiqə Komissiyasında İqtisadiyyat və Sənaye Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri təmsil olunur.

Müsabiqənin nəticələri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti