...

Dövlət Neft Fondunda BMT-nin biznes və insan hüquqları üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2014 18:21 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə işçi qrupunun nümayəndə heyəti arasında görüş keçirilib.
Dövlət Neft Fondunda BMT-nin biznes və insan hüquqları üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə işçi qrupunun nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi barədə qonaqlara ətraflı məlumat verib.

Görüşün sonunda Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə və MHŞT-nin tətbiqi prosesinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti