...

Azərbaycanda 40 milyard manata yaxın ümumi daxili məhsul istehsal edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 15:31 (UTC +04:00)
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Azərbaycanda 40 milyard manata yaxın ümumi daxili məhsul istehsal edilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9 faizdən 57,3 faizədək yüksəlib.

ÜDM-in 61,9 faizi istehsal sahələrində, o cümlədən 45,0 faizi sənayedə, 11,8 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,0 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmətlər sektorunda əlavə dəyər istehsalının 25,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,3 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 47,0 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti