...

Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə daxil olan zənglər 40 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 18:45 (UTC +04:00)
2014-cü ilin avqust ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 20 010 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% çox zəng daxil olub.
Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə daxil olan zənglər 40 faiz artıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

2014-cü ilin avqust ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 20 010 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% çox zəng daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, canlı əlaqə zamanı 18 912 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 18,3%-i elektron imza, 14,1%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 10,7%-i qeydiyyat, 9,3%-i elektron xidmətlər, 7,7%-i vergi ödəyicisinə göndərilmiş mesajların məzmunu, 6,3%-i vergi növləri, 3,8%-i büdcə ilə hesablaşmalar barədə olub.

Daxil olmuş müraciətlərin 3,9%-i barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib. Araşdırmaya qəbul edilmiş sual xarakterli müraciətlər orta hesabla 2,1 gün ərzində cavablandırılıb.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 1519 dəfə vergi borcu, 552 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.

Həmin dövrdə vergi ödəyiciləri onlara 449 158 mesaj göndərilməklə məlumatlandırılıb ki, onlardan 447 668-i qısa mesaj, 696-sı ikitərəfli mesaj, 774-ü isə səsli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 94,3% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti