Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Ağcabədi və Beyləqan rayonlarında fəaliyyət göstərən ilk özəl iri pilot taxılçılıq təsərrüfatı - "Qarabağ-Taxıl" MMC-də bu il 2550 hektarda dənlik qarğıdalı əkilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq 430 ha sahədə biçin aparılmış və 4850 tondan çox yüksək keyfiyyətli qarğıdalı istehsal olunmuşdur. Bu isə hər hektardan 110 sentnerdən çox qarğıdalı deməkdir.
Təsərrüfatda qarğıdalı biçini davam edir.