...

Gənclər üçün iş yerlərinin yaradılmasına töhfə

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2014 10:35 (UTC +04:00)
Bu gün İsveçrənin Vevey şəhərində Gənclər Alyansının (GA) yaradılması EY-ın bütün ofislərinin gənclər arasında işsizliklə mübarizəyə verdiyi töhfəsini bir daha təsdiqlədi.
Gənclər üçün iş yerlərinin yaradılmasına töhfə

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bu gün İsveçrənin Vevey şəhərində Gənclər Alyansının (GA) yaradılması EY-ın bütün ofislərinin gənclər arasında işsizliklə mübarizəyə verdiyi töhfəsini bir daha təsdiqlədi.

"Gənclər arasında işsizlik dünyada ən çətin həll olunan problemlərdən biridir" deyə EY-ın qlobal korporativ davamlı inkişaf üzrə lideri Niki Meyor söylədi. "İşə götürdüyümüz minlərlə gənclərdən əlavə biz daha minlərlə gənclərə işçi və ya gənc sahibkar kimi iş dünyasına qoşulmaları üçün lazım olan bacarıqların daha da inkişaf etdirilməsinə köməklik göstəririk." GA-nın yaradılması gənclərin işlə təmin edilməsinə dəstək vermək üçün EY-ın digərləri ilə əməkdaşlıq etmək öhdəliyinin bir çox nümunələrindən biridir.

Nestlé və EY səylərə rəhbərlik edir

EY Avropanın bir çox hissələrində aparıcı şirkətlər tərəfindən gənclər arasında yüksək səviyyədə olan işsizliyin azaldılmasına kömək etmək üçün Nestlenin təşəbbüsü olan GA-nın təsisedici üzvüdür. GA şirkətlərin yaxşı iş yerləri və dəyərli təlimlərlə təmin edilməsində böyük rol oynayacağını etiraf edir.

Digər bir çox iri şirkətlərin qoşulması

Nestle və Google, Facebook, AXA, Publicis və Twitter kimi digər təşkilatlarla birlikdə biz KİV üçün qısa məlumatın verilməsini və gənclərin, biznes liderlərinin və siyasətçilərin iştirak etdiyi canlı debatları daxil edən yüksək səviyyəli tədbirdə iştirak edirik.

Qlobal işə götürmə üzrə lider Şirli Cekson karyeralarına başlamağa kömək etdiyimiz iki gənclə birlikdə EY-ı tədbirdə təmsil edir. "GA-nın üzvü olaraq biz bütün Avropada təlim və kursların keçirilməsi təşəbbüslərini təşviq edən Peşəkar Təlimlər üzrə Avropa Alyansına tərəfik", deyə Cekson söylədi. "Bunlar gənclərin yüksək səviyyəli imkanlarla təmin edilməsi üçün mühüm bir yoldur".

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümüdür. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti