Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
"AtaBank" ASC filial, bankomat şəbəkəsi ilə yanaşı, bütün ölkə üzrə müştərilərin rahatlığı üçün POS-terminal şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirir. POS-terminalların bir neçəsi respublika üzrə filialları olan iri supermarketlərdə - Neptun, Araz, Makro, Megastore, Bolmart, Alvadi, Frutti Fresca, Gloria, Lider, "5+ market" - quraşdırılaraq müştərilərin ixtiyarına verilmişdir.
Bankdan Trend-ə verilən məlumata görə, hazırda bankın fəaliyyət göstərən POS-terminallarının sayı 17 000 ədəd təşkil edir. "AtaBank" ASC-nin POS-terminal siyahısı ilə bu keçiddə tanış ola bilərsiniz: http://atabank.com/?sid=430
Qeyd edək ki "AtaBank"ın "Al, Poz, Qazan" kampaniyası davam edir. Kampaniyada yalnız "AtaBank" ASC müştəriləri deyil, bütün plastk kart sahibləri iştirak edə bilər. Məhz bu səbəbdən də hər birinizə alış-veriş üçün "AtaBank" ASC-nin POS-terminallarından istifadə etməyi məsləhət görürük. Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və www.twitter.com/AtaBank səhifələrinə daxil olmaq olar.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.