...

"Paşa Bank" üç beynəlxalq mükafata layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2014 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycanın ən iri banklarından biri "Paşa Bank" beynəlxalq "World Finance" jurnalının təsis etdiyi üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Bankdan Trend-ə verilən məlumata görə, belə ki, 2014-cü ildə banka "Azərbaycanda ən yaxşı kommersiya bankı", "Azərbaycanda ən yaxşı bank qrupu" və artıq ikinci ildir ki, "Azərbaycanda "private banking" xidmətlərini göstərən ən yaxşı bank" mükafatları verilib.

"Paşa Bank"ın İdarə Heyətinin sədri Fərid Axundovun sözlərinə görə, fəaliyyətdə olduğu 7 il ərzində bank öz fəaliyyətində yalnız ən yaxşı dünya təcrübəsinə əsaslanıb: "Hazırda "Paşa Bank" həm Azərbaycanda, həm də Gürcüstanda öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. Biznesin həcminin hər il artması təkcə yerli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə bir maliyyə institutu kimi bizə etimadın artmasından xəbər verir. Bankın bu nüfuzlu mükafatları alması bizim nailiyyətlərimizin növbəti dəfə təsdiqi və göstərdiyimiz xidmətlərin keyfiyyətinə verilən yüksək qiymətdir".

Mükafatlar işgüzar "World Finance" nəşriyyatı tərəfindən 2007-ci ildə təsis olunub. Mükafatlar iqtisadiyyatın müxtəlif sektorlarının liderlərinə əldə olunan nailiyyətlərə, yenilikçi yanaşmaya və ən yaxşı standart və təcrübələrin tətbiqinə görə verilir. Mükafatın nominantları "World Finance" auditoriyası tərəfindən açıq səsvermə yolu ilə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti