...

ABB-nin İslam bankçılığı üzrə investisiya portfeli 1,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2014 15:32 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin investisiya portfelinin həcmi ilin əvvəlindən 1,5 dəfə artaraq 2014-cü il sentyabr ayının sonuna 175,7 milyon manat təşkil edib.
ABB-nin İslam bankçılığı üzrə investisiya portfeli 1,5 dəfə artıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin investisiya portfelinin həcmi ilin əvvəlindən 1,5 dəfə artaraq 2014-cü il sentyabr ayının sonuna 175,7 milyon manat təşkil edib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin doqquz ayı ərzində əhalinin (hazırda ABB-nin İslam bankçılığı departamentinin fəaliyyəti Bakı şəhərini əhatə edir) İslam qaydaları əsasında banka qoyduğu əmanətlərin həcmi 10 dəfəyə qədər artıb. Belə ki, cari ilin yanvar ayında bu məbləğ 1,69 mln. manat idisə, oktyabrın əvvəlinə 10,1 mln. manat olub.

Son iki il ərzində ABB-nin İslam bankçılığı departamenti tərəfindən beynəlxalq maliyyə bazarından 218,7 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub.

ABB ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış "İslam pəncərəsi"nin açılması haqqında 2012-ci ilin sentyabrında elan etmişdi. Az sonra ABB-nin İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. ABB-nin "İslam pəncərəsi" müştərilərə xidmət göstərməyə aprel ayından başlayıb. Bank tərəfindən təklif edilən xidmətlərin spektrinə İslam bankçılığının icarə - ənənəvi lizinqin analoqu, vəkalə depozit - ənənəvi depozitin analoqu, İslam bank kartları, Qard Hasan hesablarının açılması daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti