Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
RF energetika nazirliyinin rəhbəri Aleksandr Novak ümid edir ki, Qazprom və Naftoqaz Rusiya qazının Ukraynaya nəqlini apreldən davam etdirilməsi barədə razılığa martın sonunadək gələ bilərlər.
Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.
"Əlbəttə, bizim şirkətlərimiz, Qazprom və Naftoqaz, dialoqa qayıdacaqlar. Mən düşünürəm ki, bugünkü qərar daimi rejimdə dialoqu davam etdirməyə imkan verəcək, çünki kompromis variantı tapılıb. Mart ayınadək, düşünürəm ki, bizim şirkətlər dialoqu davam etdirəcəklər, satışı aprel ayından həyata keçirilməsi üçün hansısa yeni konkret qərarlar hazırlanacaqlar", - Novak jurnalistlərə deyib.
Qış qaz planı yalnız 31 mart 2015-ci ilə qədər Rusiya qazının Ukraynaya nəqlinin bərpasını nəzərdə tutur.