Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Vətəndaşların suallarını ən qısa zamanda və dəqiq cavablandırmaq, səhifə istifadəçilərinin marağında olan məlumatları, kampaniyaları paylaşmaqla ümumilikdə müştəri məmnuniyyətinə nail olmaq - Unibank-ın rəsmi "facebook" səhifəsinin əsas iş prinsipi budur.
Bankdan Trend-ə verilən məlumata görə, məhz düzgün kommunikasiya sayəsində bankın "facebook" səhifəsi (https://www.facebook.com/unibank.az?fref=ts) artıq neçənci dəfədir ki, beynəlxalq "Socialbakers" xidməti tərəfindən "Ən sosial yönümlü səhifə" nominasiyasının qalibi olur.
Unibank-ın "facebook" səhifəsi beynəlxalq xidmət tərəfindən iyulun 1-dən sentyabrın 30-dək keçirilən monitorinqin də qalibidir və 3 ayın nəticələrinə əsasən yenidən "Ən sosial yönümlü səhifə" seçilib.
Beynəlxalq xidmətin monitorinqi göstərir ki, Unibank "facebook" səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən 99%-ni alıb.
"Socialbakers" (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.
Qeyd edək ki, hazırda Unibank-ın "facebook" səhifəsinin istifadəçilərinin sayı 224 mini ötüb. Bu da banklar arasında tərəfdaşların sayına görə ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burada bankın məhsul və xidmətləri haqqında sual ünvanlayaraq qısa müddətə məlumat ala bilirlər. Unibank-ı birinci etdikləri üçün bank bütün "facebook" tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir.
Əlavə məlumat üçün - www.facebook.com/unibank.az