...

EY Azərbaycan 20 illik yubileyini qeyd etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2014 09:56 (UTC +04:00)
7 noyabrda Azərbaycanda fəaliyyət göstərməsinin 20 illik yubileyi münasibəti ilə EY “Four Seasons Hotel Baku” otelində möhtəşəm tədbir təşkil etdi.
EY Azərbaycan 20 illik yubileyini qeyd etdi (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

7 noyabrda Azərbaycanda fəaliyyət göstərməsinin 20 illik yubileyi münasibəti ilə EY "Four Seasons Hotel Baku" otelində möhtəşəm tədbir təşkil etdi.

Tədbirdə 300-ə yaxın möhtərəm qonaq və müştərilər, o cümlədən hörmətli dövlət məmurları, sənaye liderləri, EY-ın keçmiş işçiləri və digər MDB ofislərindən həmkarları iştirak etmişdir.

Açılış mərasimində EY-ın Azərbaycan üzrə idarəedici partnyor İlqar Vəliyev və MDB üzrə idarəedici partnyor Co Vatt qonaqları salamladı və onlara 20 il ərzində EY ilə əməkdaşlığa və uğurunu dəstəklədiyinə görə öz minnətdarlığını bildirdi.

"Biz bura əhəmiyyətli bir günü qeyd etmək üçün dostlarımızla toplaşmışıq. Son 20 il ərzində bizim qarşılıqlı hörmət üzərində qurulmuş işgüzar münasibətlərimiz olub və sizlərə töhfənizə və dəstəyinizə görə təşəkkürümü bildirirəm. Qürurla deyə bilərəm ki, EY Azərbaycanda peşəkar xidmətlər göstərən, ən yaxşı komandası, ən yaxşı müştəriləri və ən yaxşı imkanları olan nömrə bir şirkətdir!" deyə İlqar Vəliyev öz fikrini bildirdi.

MDB üzrə idarəedici partnyor Co Vatt da EY Azərbaycanın böyük uğuru ilə bağlı təbriklərini ifadə etdi. "Azərbaycanın bir parçası olmaq qürurverici haldır və bunun bir çox səbəbi var. Biz əminik ki, EY fəaliyyətimizi inkişaf etdirməklə, onu uğurlu etməklə, müştərimizə ən yaxşı keyfiyyətli müstəsna xidmət göstərməklə və dəyərlərimizə riayət etməklə Azərbaycanda daha da yaxşı iş dünyasının qurulmasına töhfə verməyə davam edəcək," deyə Co Vatt söylədi.

Həmçinin, tədbirdə gənc rəssam Ləman Yusifli tərəfindən yağlı boya ilə eskiz üslubunda master klass nümayiş etdirildi. Rəssam eskiz çalışmanın "Daha yaxşı iş dünyasının qurulması" mövzusu üçün Azərbaycanın müasir görünüşünü götürdü.

20 illik yubileyə həsr olunmuş tədbir EY Azərbaycanın son illər ərzində etdiyi töhfəsinin mühim hadisəsinə çevrildi. EY tədbirə təbrikləri ilə bölüşmək üçün qoşulmuş müştərilərini, həmkarlarını və dostlarını görməyə çox şad oldu.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümüdür. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti