...

195 Çağrı Mərkəzinə zənglər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2014 20:46 (UTC +04:00)
2014-cü ilin noyabr ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 12 869 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8% çox zəng zəng daxil olub.
195 Çağrı Mərkəzinə zənglər artıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

2014-cü ilin noyabr ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 12 869 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8% çox zəng zəng daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, canlı əlaqə zamanı 12 111 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 19,2%-i qeydiyyat, 12,6%-i vergi növləri, 11%-i elektron xidmətlər, 7%-i elektron imza, 4,6%-i büdcə ilə hesablaşmalar, qalanı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, vergiödəyiciyə göndərilmiş mesajlar, vergi yoxlamaları, hesabatlar və s. barədə olub.

Daxil olmuş sual xarakterli müraciətlərin 276-sı barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, onlar orta hesabla 2,2 gün ərzində cavablandırılıb. Hesabat dövründə vergiödəyicilər tərəfindən 1773 dəfə vergi borcu, 597 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.

Vergiödəyicilərə 14 931 məlumat xarakterli mesaj göndərilib. Onlardan 13752-si qısa mesaj, 1179-u ikitərəfli mesaj olub. Vergiödəyicilərin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,2% olub.

Noyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaların sayı 361 538 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti