...

Maarifləndirmə tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2014 19:22 (UTC +04:00)
Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sahibkarlar və biznes inkubator iştirakçıları üçün treninq keçirilibr
Maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sahibkarlar və biznes inkubator iştirakçıları üçün treninq keçirilibr

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninq "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər", "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı", "B2B.az" portalı və AZPROMO-nun ixracatçılara göstərdiyi xidmətlər" mövzularında təşkil edilib.

Tədbirdə sahibkarların maarifləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, sahibkarların işgüzar əlaqələrinin genişlənməsində 2009-cu ildən başlayaraq Azərbaycan və Almaniya arasında həyata keçirilən "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı" da xüsusi önəm kəsb edir. Bu proqram çərçivəsində sahibkar və gənc menecerlər ixtisasartırma kursu keçməklə, beynəlxalq təcrübəyə yiyələnir və işgüzar əlaqələr yaradırlar.

Treninqdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.b2b.az, www.icazeler.gov.az portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib, onların biznesin səmərəli təşkilində əhəmiyyəti qeyd olunub.

Bundan başqa, treninq iştirakçıları Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması və s. barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti