...

"Bank Avrasiya" səhmlərinin nominal dəyərini 25 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2014 18:22 (UTC +04:00)
QKDK "Bank Avrasiya" ASC-nin 50 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Bank Avrasiya" səhmlərinin nominal dəyərini 25 faiz artırır

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Avrasiya" ASC-nin 50 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, hər birinin nominal dəyəri 2 min manat olan 20 min ədəd səhmdən ibarət emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 2,5 min manat olan eyni miqdarda səhmə konvertasiya yolu ilə aparılacaq.

Qeyd edək ki, 2014-cü il noyabrın 1-nə olan məlumata görə, bankın aktivləri 83,275 milyon manat, depozit portfeli 21,023 milyon manat, nizamnamə kapitalı isə 40,43 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti