...

Bakıda POS-terminalların sayı artırılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 14:06 (UTC +04:00)
Bakı 2015 I Avropa Oyunlarınadək POS-terminalların sayı 95 minə artırılacaq.
Bakıda POS-terminalların sayı artırılacaq (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Maksim Tsurkov/

Bakı 2015 I Avropa Oyunlarınadək POS-terminalların sayı 95 minə artırılacaq. Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov "Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən Vergi Forumu çərçivəsində brifinqdə deyib.

Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda təqribən 40 min POS-terminal fəaliyyət göstərirdisə, 2014-cü ilin sonuna onların sayı 82 minədək artıb.

F. Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi ölkədə POS-terminalların quraşdırılması sahəsində Azərbaycan Mərkəzi Bankı və digər banklarla fəal işləyir: "Məqsədimiz 2015-Avropa Oyunlarınadək onların sayını 95 minə çatdırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti