...

"Azərsun" qiymət artımına imkan verməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2015 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Azad Həsənli/

"Azərsun Holdinq" şirkətlər qrupu ölkənin istehlak bazarında məhsullarının qiymətinin artmasının qarşısını almaq üçün tədbirlər görməyə davam edir.

Bunu Trend-ə holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov deyib.

Onun sözlərinə görə, holdinqin məhsullarının qiymətləri əvvəlki səviyyədə qalıb: "Hazırda qiymət artımının qarşısını almaq üçün mümkün olan hər şey edilir".

"Azərsun Holdinq" ölkənin istehlak bazarında məhsullarının qiymətinə nəzarət etmək üçün xüsusi komissiya yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti