...

Ödəniş kartlarının təhlükəsizliyi necə təmin edilməlidir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2015 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Hesab.az portalının istifadəçiləri artıq ödəmələrini daha rahat, vaxt itirmədən, həm də tam təhlükəsiz şəkildə həyata keçirə biləcəklər.

Belə ki, portalda yeni "kartların yadda saxlanılması" funksiyası istifadəçilərin istifadəsinə verilib. Bu yeni funksiya istifadəçilərə özlərinə aid kartlarını təhlükəsiz şəkildə portalda bir dəfə qeydiyyata almağa və hər dəfə kart bilgilərini daxil etmədən ödəməyə imkan yaradır.

Bu yeni xidmət "GoldenPay" şirkətinin "Millikart" prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində həyata keçib. "Millikart" prosesinq mərkəzi Azərbaycanda PCI DSS təhlükəsizlik standartlarına cavab verən ilk prosesinq mərkəzidir. Bu standardlar mərkəzə istənilən bankın kartlarını yadda saxlamağa imkan verir. Standardlar isə Visa və Mastercard beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilmişdir. Kartlar Hesab.az portalında qeydiyyata alınsa da Millikart prosesinq mərkəzində saxlanılır. Bundan əlavə başqa məntiqi təhlükəsizlik mərhələləri də var ki, bu da istifadəçinin profili daha da qoruyur.

160 mindən çox qeydiyyatlı istifadəçisi olan Hesab.az portalının təsisçisi və icraçı direktoru Fərid İsmayılzadənin sözlərinə görə, təhlükəsizlik və istifadəçilərin rahatlığı bizim üçün ən prioritet məsələlərdir: "Kart məlumatlarının yadda saxlamaq funksiyasını biz daha əvvəllər də aktivləşdirə bilərdik, lakin təhlükəsizlik məsələsinə görə gecikirdik. "Millikart" vasitəsilə bu məsələni yüksək səviyyədə həll etdikdən sonra istifadəçilərimiz əminliklə plastik kartlarını yaddaşda saxlayıb istənilən vaxt ödəniş edə biləcəklər. Həmçinin "Google" şirkətinin təhlükəsizlik məqsədilə istifadə etdiyi 2 Addımlı Doğrulama funksiyasından istifadə edərək, şəxsi hesabınıza kənar daxilolmaları sıfıra endirə bilərlər. Bütün bunlar hazırda dünyada tətbiq edilən ən yüksək təhlükəsizlik standartlarıdır".

Hesab.az "GoldenPay" şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, kabel televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişi etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.

Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 milyon manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın "Android" və "Windows" platformalarında tətbiqləri də mövcuddur.
мах.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti