...

"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Ənvər Məmmədov/

Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, ümumi yığıncaqda "Kapital Bank" ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən Bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.

Yığıncaqda, həmçinin "Kapital Bank" ASC-nin Müşahidə Şurasının yeni tərkibi müəyyən edilib, Şuranın sədri vəzifəsinə hazırda "PAŞA Holdinq" MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib. Bankın Müşahidə Şurasının əvvəlki sədri Mircamal Paşayev istefa verib. M.Paşayev, eyni zamanda, "PAŞA Holdinq"in icraçı direktorudur.

Qeyd edək ki, bundan əvvəl də bankın idarəçiliyində dəyişiklik olmuşdu. Belə ki, Fərid Hüseynov may ayının 1-dən etibarən "Kapital Bank"da İdarə Heyəti sədrinin müavini, baş əməliyyat inzibatçısı vəzifəsində çalışır.

"Kapital Bank" ASC "PAŞA" şirkətlər qrupuna daxildir. "Kapital Bank" Azərbaycanın riteyl bazarının ən iri banklarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti