...

London birjası: Azərbaycanın regionun maliyyə mərkəzi olmaq potensialı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 23:21 (UTC +04:00)
London Fond Birjası Azərbaycanı regional maliyyə mərkəzi kimi görmək istəyir.
London birjası: Azərbaycanın regionun maliyyə mərkəzi olmaq potensialı var

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Azad Həsənli/

London Fond Birjası Azərbaycanı regional maliyyə mərkəzi kimi görmək istəyir. Trend-in məlumatına görə, bunu birjanın səhmlərin ilkin bazarı üzrə baş meneceri Ayuna Neçayeva Bakıda keçirilən Maliyyə Bazarları üzrə Forumda deyib.

Onun sözlərinə görə, Azərbaycanın əlverişli və strateji coğrafi mövqeyi var.

A.Neçayeva qeyd edib ki, London Fond Birjası Azərbaycanı bütün Xəzər regionunun maliyyə mərkəzi kimi görmək istəyir: "Azərbaycan bu baxımdan Türkiyə ilə rəqabət apara bilər".

O, əlavə edib ki, infrastruktur baxımından Azərbaycanın üstünlüyü var: "Çünki ölkənin böyük potensialı var. Azərbaycan qısa müddət ərzində irimiqyaslı layihələr reallaşdıra bilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti