Azərbaycan, Bakı, 7 iyul /Trend/
İyulun 6-ı ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib. Dollar öz məzənnəsində qalıb, avro isə ucuzlaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 7-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0490 (iyulun 6-ı 1.0488) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1575 (iyulun 6-ı 1.1577) manat olub.