Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/
"AzeriCard" prosessinq mərkəzi və "Ziraat Bank Azərbaycan" ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə Trend "Azericard"ın saytına istinadən xəbər verir.
Həmin müqavilə çərçivəsində "Ziraat Bank Azərbaycan" ASC-yə "AzeriCard" tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar.
Qeyd edək ki, "AzeriCard" prosessinq sistemində xidmət olunan bankların sayı 34-ə çatıb.