Azərbaycan, Bakı, 4 sentyabr /Trend/
Azərbaycan Sənaye Bankı müştərilərinə elektron arayış xidməti təqdim edir.
Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Sənaye Bankının müştəriləri "Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən istifadə edə biləcəklər.
Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, vətəndaşlar bank xidmətlərindən istifadə etdikdə iş yerindən arayışları elektron qaydada təqdim edə bilərlər.