...

"Xalq Bank"ın plastik kartları Hesab.az-da

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2015 16:20 (UTC +04:00)
Hesab.az istifadəçiləri artıq ödənişləri müqabilində qazandıqları bonusları “Dərhal dəyiş” bölməsindəki hədiyyələrə dəyişə bilərlər.
"Xalq Bank"ın plastik kartları Hesab.az-da

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Hesab.az istifadəçiləri artıq ödənişləri müqabilində qazandıqları bonusları "Dərhal dəyiş" bölməsindəki hədiyyələrə dəyişə bilərlər.

Hesab.az portalında "Dərhal dəyiş" bölməsinə yeni hədiyyələr əlavə olunub. İstifadəçilər bonuslarını həm də Xalq Bank tərəfindən təqdim edilən plastik karta (Visa İnternet Kart) da dəyişə bilərlər.

Bu plastik kart vasitəsi ilə Siz internetdə təhlükəsiz və rahat ödənişlər edəcəksiniz. Visa İnternet Kartdan istifadə edərək, 24 saat ərzində İnternet vasitəsilə bir çox əməliyyatları edə bilərsiniz. Hər dəfə internetdə alış veriş və ödəniş edərkən, məhz ödəniş üçün lazım olan məbləği plastik karta daxil edə bilərsiniz. Siz həm də Visa İnternet kartı SMS məlumatlandırma xidmətinə qoşub, kart hesabına operativ nəzarət edə və müxtəlif əməliyyatlar həyata keçirə bilərsiniz. Bu da kartdan pul vəsaitlərinin oğurlanması, hesabdan artıq məbləğin silinməsi və s. kimi neqativ məqamların qarşısını alır.

Dəyişimdən sonra kart pulsuz təqdim olunacaq və istifadə üçün ilkin mədaxil tələb edilməyəcək.

Qeyd edək ki, kartların sayı məhduddur.

Hesab.az haqqında

GoldenPay şirkətinə məxsus 180 mindən çox istifadəçisi olan Hesab.az, 80-dən çox xidmət növünə bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək və ya dərhal hədiyyələrə dəyişmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 11 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti