...

"Elektron sənəd dövriyyəsi" sisteminin iş prosesi canlı nümayiş olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2015 17:52 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyində “Elektron sənəd dövriyyəsi” sisteminin (DocNet) ictimaiyyət üçün təqdimatı keçirilib.
"Elektron sənəd dövriyyəsi" sisteminin iş prosesi canlı nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan "Açıq qapı" vətəndaş forumlarının keçirilməsi barədə tapşırığa uyğun olaraq, oktyabrın 14-də İqtisadiyyat və Sənaye Nazirliyində "Elektron sənəd dövriyyəsi" sisteminin (DocNet) ictimaiyyət üçün təqdimatı keçirilib.

Nazirliyin mətbaut xidmətindən Trend-ə verilən məlumata görə, DocNet sisteminin ilk dəfə olaraq tətbiq edildiyi qurumlardan olan İqtisadiyyat və Sənaye Nazirliyində keçirilmiş tədbirdə dövlət qurumlarının, bank və digər təşkilatlarının bu sahəyə məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin strukturlarında DocNet sisteminin tətbiqi nəticəsində kağız və digər müvafiq dəftərxana ləvazimatlarına tələbat aradan qalxıb, sənəd dövriyyəsində operativlik və vaxta qənaət, icra intizamının daha da möhkəmləndirilməsi təmin edilib.

Tədbirdə iştirakçılar "Elektron sənəd dövriyyəsi" sistemi vasitəsilə sənədlərin avtomatlaşdırılmış idarə olunması, o cümlədən qeydiyyatı, dövriyyəsi və icraatın başa çatdırılması prosesi ilə əyani şəkildə tanış olub, DocNet sisteminin tətbiqi ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"na (Elektron Azərbaycan) uyğun olaraq, "Elektron sənəd dövriyyəsi" sistemi İqtisadiyyat və Sənaye Nazirliyində 2010-cu ildən uğurla tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti