...

Yaxın günlərdə "Bank Technique"in İdarə Heyətinin yeni tərkibi təsdiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2015 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Azad Həsənli/

"Bank Technique" ASC-nin Müşahidə Şurası yaxın günlərdə bankın İdarə Heyətinin yeni tərkibini təsdiq edəcək. Bunu Trend-ə bankın Müşahidə Şurasının sədri Etibar Əliyev deyib.

O bildirib: "Biz hələ bankın İdarə Heyətinin tərkibini formalaşdırmamışıq, hazırlıq işləri aparılır, lakin yaxın günlərdə bu məsələyə Müşahidə Şurasının iclasında baxılacaq".

E.Əliyev qeyd edib ki, "Bank Technique" korporativ və fərdi müşrtərilərə xidmətlər təqdim etməklə universal bank kimi inkişafını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti