...

"Iteca Caspian" şirkəti Təhsil Nominasiyası üzrə Mükafata Layiq Görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2015 14:49 (UTC +04:00)
"Iteca Caspian" şirkəti Təhsil Nominasiyası üzrə Mükafata Layiq Görülüb.
"Iteca Caspian" şirkəti Təhsil Nominasiyası üzrə Mükafata Layiq Görülüb

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"Iteca Caspian" şirkəti Təhsil Nominasiyası üzrə Mükafata Layiq Görülüb.

GQ_LoqoBu yaxınlarda Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkil etdiyi "CSR Excellence Award" adlı mükafatın təqdimatı tədbirində "Gələcəyini Qur!" Gəncliyə Dəstək Layihəsi, korporativ-sosial məsuliyyət sahəsində ən yaxşı təhsil layihəsi üzrə müsabiqə çərçivəsində təqdim olunmuş
16 layihə arasında ikinci fəxri yerə layiq görülüb.

Gənclərə təhsil sahəsində dəstək göstərən "Gələcəyini Qur!" layihəsinin bu müsabiqədə iştirakı üçün namizədliyi layihənin sponsoru - "Iteca Caspian" şirkəti tərəfindən irəli sürülmüşdü.

Layihənin məqsədi aztəminatlı ailələrdən yüksək bilik və bacarığa malik olan məktəbliləri dəstəkləmək və onların ölkədəki aparıcı ali təhsil ocaqlarına qəbul olmaları, eləcə də hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdir.

"Gələcəyini Qur!" layihəsi artıq ikinci ildir ki, həyata keçirilir.
Layihənin birinci ilində Bakının iki (Binəqədi və Qaradağ) rayonunda fəaliyyət göstərən 40 orta məktəbdə oxuyan 500-dən çox ərizə vermiş məktəbli arasından 42 şagird seçilmiş və onlar (bir il ərzində təhsil aldıqdan sonra) qəbul imtahanlarını uğurla verərək Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuşlar.

Bu il isə layihə öz coğrafi dairəsini genişləndirərək Bakı şəhərinin 4 rayonunu (Binəqədi, Qaradağ, Suraxanı və Xətai), eləcə də Salyan rayonunu əhatə etmişdir. Layihədə iştirak üçün 170 məktəbdən 700-dən çox şagird ərizə vermiş və beşmərhələli seçim turunun nəticələrinə əsasən, 90 nəfərə yaxın 10-cu sinif şagirdi layihənin qalibi olmuşdur. Bu göstərici ötən il keçirilmiş layihənin iştirakçı sayı ilə müqayisədə iki dəfə çoxdur.

Bir il ərzində abituriyentlər ölkənin ali təhsil müəssisələrinə qəbul olmaq üçün pulsuz hazırlıq kurslarında iştirak edirlər. Bununla yanaşı məktəblilərin həvəs, qabiliyyət, vərdiş, dünyagörüşü və biliklərinin artırılması üçün onların iştirakı ilə bir sıra görüş, təlim və seminarların keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində aparıcı ali təhsil müəssisələri və ixtisaslaşdırılmış sərgilərin, eləcə də müəssisə, muzey və teatrların ziyarət edilməsi, habelə regionlara səfərlər və bir çox digər tədbirlər planlaşdırılır. Layihə ilə bağlı əlavə məlumatı www.geleceyiniqur.az internet səhifəsindən əldə edə bilərsiniz.

Layihə "ITECA Caspian" və "Caspian Event Organisers" şirkətlərinin, eləcə də "Kainat" Tədris Mərkəzinin sponsorluğu, habelə ADA universiteti və Yüksək Texnologiyalar Parkının ("Hi-Tech Park") dəstəyi ilə "Legacy CSR Consulting
& Management" şirkəti tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti