...

Sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2015 12:04 (UTC +04:00)
Dekabrın 13-dən sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq.
Sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq

Bakı. Trend:

Dekabrın 13-dən sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq.

Azərbaycan Dəmir Yolları QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, 2016-cı il üçün sərnişin qatarlarının yeni hərəkət cədvəlinə keçməsi ilə əlaqədar, Azərbaycan Dəmir Yollarında beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları 13 dekabr 2015-ci ildən etibarən yeni təsdiq olunmuş cədvəl üzrə hərəkət edəcək:

- 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər;

- 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə 13.12.2015-ci il tarixdən 14.04.2016-cı il tarixədək və 19.10.2016-cı il tarixdən 08.12.2016-cı il tarixədək dörd gündən bir, ayın tarixləri ilə Bakı-Mineralnıye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə;

- 449/450 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 23.04.2016-cı il tarixdən 15.10.2016-cı il tarixədək, həftədə iki dəfə II və VI günləri, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə;

- 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə 24.04.2016-cı il tarixdən 17.10.2016-cı il tarixədək, dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcəkdir.
Bundan başqa, texniki səbəblərə görə :

- 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan 31.12.2015-ci il tarixdə, geriyə Moskvadan 02.01.2016-cı il tarixdə bir reys hərəkətdə olmayacaqdır.

- 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabr ayının 25-də Bakıdan yola düşəcəkdir, 2016-cı ildə isə birinci dəfə yanvar ayının 9-da Bakıdan yola düşəcək.

Ölkə daxilində hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti